"Sən çox gözəlsən" - Trampdan Meloniyə tərif - VİDEO

"Sən çox gözəlsən" - Trampdan Meloniyə tərif - VİDEO
Dünya 14 Oktyabr 2025 - 12:11

Misirdə keçirilən Qəzza sammitində ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla bir çox dünya lideri iştirak edib.

Zekainfo.az xarici KİV-ə istinadən xəbər verir ki,  Qəzza zirvəsində çıxış edən ABŞ prezidenti Tramp arxasında dayanan İtaliyanın baş naziri Giorgia Meloniyə təriflər yağdırıb.

Tramp Meloninin gözəl olduğunu ifadə edərək:

"ABŞ-də bir qadına gözəl deyirsənsə, bu, sənin siyasi karyeranın sonu olacaq. Amma risk edəcəyəm. Gözəl olduğunu deməyimə qarşı deyilsən, elə deyilmi? Çünki gözəlsən", - deyib. 

Xanım siyasətçi isə Amerika liderinin bu tərifinə gülümsəyərək reaksiya verib. 

 

 

reklamlar

Digər xəbərlər