
Siyasət
14:28, Bugün
Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.
Zekainfo.az xəbər verir ki, iclasda Ramil Həsənin deputat fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələ müzakirə olunacaq.
Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib.
Ramil Həsən APA-ya açıqlamasında vəzifəsinin icrasına sabah - oktyabrın 15-dən etibarən başlayacağını bildirib.
Xatırladaq ki, bundan əvvəl TÜRKPA Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya Er tutub. Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA Baş katibi olub.