Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı
Dünya 16 Oktyabr 2025 - 10:08

Azərbaycan diasporunun rəhbəri, Ulyanovsk qubernatorunun müşaviri İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılıb.

Zekainfo.az xəbər verir ki, bu barədə jurnalist Darya Kosarinova "Telegram" kanalında məlumat verib.

"Onun (Hüseynovun – red.) Rusiya pasportu oktyabrın 14-də FTB-nin qərarı ilə ləğv edilib və indi ölkəyə girişi qadağan edilib", - məlumatda deyilir.

Hakimiyyət orqanlarının bu qərarını əhatə edən səbəblər və şərtlər hazırda məlum deyil və heç bir rəsmi şərh verilməyib.

reklamlar

Digər xəbərlər