Sözə dövlət qiyməti: milli efirin 150 İllik yaddaşına yazılan etimad

Sözə dövlət qiyməti: milli efirin 150 İllik yaddaşına yazılan etimad
Cəmiyyət 22 Dekabr 2025 - 16:54

Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə rəhbərlik etdiyi kollektivin bütövlükdə yubiley medalı ilə təltif olunması, Rövşən Məmmədovun idarəetmə fəlsəfəsinin dərinliyini, komanda ruhuna verdiyi strateji önəmi və institut rəhbərliyindəki nümunəvi liderliyini açıq şəkildə ortaya qoyur. Bu uğur yalnız fərdi nailiyyətlərin deyil, həm də kollektivin gücünün, milli dəyərlərə sadiqliyin və peşə etikası prinsiplərinə hörmətin bariz göstəricisidir.


Peşəkar jurnalist, alim və media rəhbəri kimi formalaşan Rövşən Məmmədov uzun illər ərzində Azərbaycan mediasında keyfiyyət, məsuliyyət və dövlətçilik prinsiplərinə söykənən sistemli fəaliyyət xətti qurub. Onun rəhbərliyi altında kollektiv yalnız informasiya istehsalçısı olmaqla kifayətlənmir; eyni zamanda milli maraqları qoruyan, ictimai etimadı möhkəmləndirən və peşə etikası dəyərlərini yaşadan güclü bir media mərkəzinə çevrilir. Bu yanaşma, fərdi uğurları deyil, ümumi nailiyyətləri ön plana çıxaran müasir liderlik modelinin real və ölçülə bilən nəticəsidir.


Rövşən Məmmədovun elmi-pedaqoji təfəkkürə söykənən düşüncə tərzi, televiziya və informasiya siyasətində sistemli idarəetmə bacarığı komandada həm intizamı, həm də yaradıcılığı eyni vaxtda inkişaf etdirən mühit yaradıb. Kollektivin yubiley medalı ilə təltif olunması məhz bu idarəçilik strategiyasının dövlət səviyyəsində tanınması və qiymətləndirilməsi kimi qiymətləndirilməlidir.

Bu əlamətdar münasibətlə, başda Rövşən müəllim olmaqla bütün kollektivi səmimi-qəlbdən təbrik edir, milli mətbuatımıza dəyər qatan fəaliyyətlərində davamlı uğurlar arzulayırıq. Bu nailiyyət bir daha sübut edir ki, güclü rəhbərlik güclü kollektiv yaradır, güclü kollektiv isə tarix yazır və gələcək nəsillərə örnək olur.

Azərbaycan milli mətbuatının 150 illik yubileyi yalnız tarixi mərhələnin qeyd olunması deyil, həm də sözə, məsuliyyətə və ictimai etimada verilən strateji dəyərin aydın ifadəsidir. Bu ali qiymətin davamı olaraq “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsis olunmuş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunub. Bu, milli informasiya siyasətinə xidmət edən fədakar əməyin dövlət səviyyəsində tanınmasının parlaq nümunəsidir.


Bu təltif illərlə efir mədəniyyətini qoruyan, cəmiyyətin düşüncə platformasını formalaşdıran, informasiyanın etibarlılığını və mənəvi çəkisini qoruyan peşəkarların əməyinə verilən institut etimadıdır. Milli efir yalnız texniki xəbər ötürən platforma deyil; o, xalqın yaddaşı, dövlətçilik təfəkkürünün daşıyıcısı və zamanla dialoq quran canlı mənəvi mexanizmdir.


150 illik mətbuat tarixi bir daha sübut edir ki, söz məsuliyyətlə deyildikdə gücə çevrilir, peşəkarlıqla təqdim olunduqda isə tarix yaradır. Bu yubiley medalı da məhz həmin tarixi yaradanlara ünvanlanan yüksək mənəvi və strateji dəyərin simvoludur.



Cəmilə Çiçək

Tədqiqatçı-jurnalist,

Prezident təqaüdçüsü


reklamlar

Digər xəbərlər