Cəmiyyət
14:54, Bugün
DİN-in şəxsi heyəti Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
DİN-in mətbuat xidmətindən Zekainfo.az-a verilən məlumata görə, nazirliyin kollektivi Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsini dərin hüznlə anıb.