Bu ilin fevralın 1-nə Azərbaycanda sürətli pul köçürmə sistemləri ilə banklara 209,3 min ədəd əməliyyat üzrə 120,7 milyon manat vəsait daxil olub.
Zekainfo.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 2,6 min ədəd və ya 1,2% az, vəsait həcmi üzrə isə 24,3 milyon manat və ya 25,2% çoxdur.
Hesabat dövrü ərzində bir ödənişin məbləği 576,5 manat təşkil edib ki, bu da 2025-ci ilin fevralın 1-nə olan göstəriciyə nisbətən 121,7 manat və ya 26,8% çoxdur.
Eyni zamanda bu ilin fevralın 1-nə Azərbaycanda sürətli pul köçürmə sistemlər ilə banklardan kənara 57,3 min ədəd əməliyyat üzrə 36,4 milyon manat vəsait köçürülüb. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 25,9 min ədəd və ya 31,1% az, vəsait həcmi üzrə isə 100 min manat və ya 0,3% çoxdur.
Dövr ərzində sürətli pul köçürmə sistemləri ilə banklardan kənara köçürmələr üzrə bir ödənişin məbləği 635,7 manata bərabər olub ki, bu da 2025-ci ilin fevralın 1-nə olan göstəriciyə nisbətən 199,7 manat və ya 45,8% çoxdur.