Azərbaycandan keçməklə Rusiyadan Ermənistana dizel və gübrə göndərilir

Azərbaycandan keçməklə Rusiyadan Ermənistana dizel və gübrə göndərilir
İqtisadiyyat 05 Mart 2026 - 11:10

Bu gün 1984 ton dizel yanacağı (31 vaqon) Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana göndərilir.

Zekainfo.az xəbər verir ki, bununla yanaşı, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 135 ton gübrə yüklü 2 vaqon bu gün Bakıdan yola salınır.

    Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir.

    reklamlar

    Digər xəbərlər