İtkin düşən gənc tapıldı

İtkin düşən gənc tapıldı
Hadisə 04 Fevral 2026 - 10:44

Ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edərək naməlum istiqamətə gedən 19 yaşlı Abidinov Vasif Elnur oğlunun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və o, polis şöbəsinə gətirilib.

DİN-in Mətbuat Xidmətindən Zekainfo.az-a bildirilib ki,  araşdırmalarla onun itkin düşməsində hər hansı kriminal tərkib aşkar edilməyib. Məlum olub ki, bu hal şəxsi niyyətindən irəli gələn addım olub.

Hazırda onunla profilaktik söhbət aparılır, bu cür davranışın ailə üzvləri və yaxınları arasında narahatlıq yaratdığı onun diqqətinə çatdırılıb.

reklamlar

Digər xəbərlər