Əliyevlə Paşinyan TRIPP-i müzakirə etdi 

Əliyevlə Paşinyan TRIPP-i müzakirə etdi 
Siyasət 04 Fevral 2026 - 12:20

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü keçirilib.

Zekainfo.az xəbər verir ki, görüşdə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

Onlar, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

reklamlar

Digər xəbərlər