Kiyev müharibənin bitməsini istəmir - Orban

Kiyev müharibənin bitməsini istəmir - Orban
Dünya 23 Fevral 2026 - 09:47

Kiyevin məqsədi münaqişəni davam etdirməkdir, əks halda Ukraynanın maliyyə vəsaiti tükənəcək.

Zekainfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

"Müharibə bitsə, maliyyə də dayanacaq. Ukrayna müharibənin dayanmamasını təmin etməyi planlaşdırır", - o bildirib.

Orban əlavə edib ki, Macarıstan, Slovakiya və Çexiya milyardlarla avronu başqasının münaqişəsinin maliyyələşdirilməsinə yönəltmək niyyətində deyil, çünki bu ölkələrdə sağlam düşüncə üstünlük təşkil edir.

reklamlar

Digər xəbərlər