Gündəm
16:15, Bugün
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Kremlin Azərbaycana qarşı informasiya hücumu apardığı indiki vaxtda "beşinci kolon"da kimlərin adlarının olduğunu açıqlamağa çağırıb.
Zekainfo.az xəbər verir ki, eks-nazir bununla bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarına çağırış edib.
“Arxivləri açıb "beşinci kolon"da kimin hakimiyyət və ya müxalifət statusunun arxasında gizləndiyini açıqlamağın vaxtı çatmayıbmı? Düşünürəm ki, arxivlərin bir hissəsini açıb hər kəsi layiq olduğu adlarla çağırmağın vaxtıdır”, - keçmiş nazir əlavə edib.