Bu ölkələrdə Ebola sürətlə yayılır - ÜST-ün baş direktorundan xəbərdarlıq

Bu ölkələrdə Ebola sürətlə yayılır - ÜST-ün baş direktorundan xəbərdarlıq
Xəbər 19 May 2026 - 12:18

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Ebolanın yayılma sürəti və miqyası ilə bağlı narahatlığını bildirib.

Zekainfo.az xəbər verir ki, o, bu  barədə Cenevrədə keçirilən 79-cu Ümumdünya Səhiyyə Assambleyasında çıxışı zamanı danışıb. 

"Bu epidemiyanın sürəti və miqyası məni son dərəcə narahat edir", - deyə Qebreyesus ifadə edib. 

O, Konqo Demokratik Respublikası və Uqandada Ebola virusunun yayılması səbəbindən ilk dəfə fövqəladə vəziyyət elan etdiyini açıqlayıb 

Qebreyesus əlavə edib ki, bu günə qədər 500-dən çox şübhəli Ebola hadisəsi və 130-dan çox ölüm hadisəsi qeydə alınıb. Şimali Konqoda otuz, Uqandada isə iki hal təsdiqlənib. Yoluxanlar arasında müalicə üçün  Almaniyaya köçürülən ABŞ vətəndaşı da var.

reklamlar

Digər xəbərlər