124 min uşaq üçün ilk zəng çalınır

124 min uşaq üçün ilk zəng çalınır
Təhsil 15 Sentyabr 2026 - 09:31

15 sentyabr Azərbaycanca Bilik Günüdür.

Zekainfo.az xəbər verir ki, bu gün ilk dərslər “Şəhərsalma və Memarlıq İli”nə həsr olunacaq.

Yeni tədris ilində 124 min şagird I sinifdə təhsilə başlayır.

1,6 milyon şagird ümumi təhsilini davam etdirir. 121 642 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 4 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayır.

550-dən çox təhsil müəssisəsində “Rəqəmsal məktəb” platforması tətbiq olunur.

850-dən çox təhsil müəssisəsi yenilənib, 15 təhsil müəssisəsi isə yeni istifadəyə verilib.

reklamlar

Digər xəbərlər