Cəmiyyət
10:41, Bugün
"Bakı ilə Tbilisi arasında sərnişin qatarlarının hərəkətinin bərpası Gürcüstanın iqtisadi inkişafına töhfə verəcək".
Zekainfo.az xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani jurnalistlərə açıqlaması zamanı deyib.
O qeyd edib ki, reyslərin həyata keçirilməsi qarşılıqlı turist axınlarını artıracaq və xalqlar arasında əlaqələrin inkişafına xidmət edəcək.