İstanbuldakı Azərbaycan məktəbində şiddət qalmaqalı - VİDEO

İstanbuldakı Azərbaycan məktəbində şiddət qalmaqalı - VİDEO
Hadisə 23 İyun 2026 - 12:06

İstanbulun Bayrampaşa bölgəsində fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbdə azyaşlı uşaqların şiddətə məruz qaldığı bildirilir.

Zekainfo.az “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə ötən həftə baş versə də, görüntülər yeni yayılıb. 

Videolardan məktəbin adı açıqlanmayan 60 yaşlı qadın əməkdaşının uşaqlara çubuqla zərbələr vurduğunu görmək mümkündür.

Həmçinin qadının Azərbaycan dilində danışması diqqət çəkib.

Görüntülərin yayılmasından sonra həmin əməkdaş saxlanılıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

reklamlar

Digər xəbərlər