Cəmiyyət
13:07, Bugün
Hazırda Nəriman Həsənzadənin vəziyyətində əvvəlki günlərlə müqayisədə ciddi müsbət irəliləyiş var.
Zekainfo.az EDnews-a istinadla xəbər verir ki, bunu Xalq şairinin köməkçisi Arif Mehmandost bildirib.
Onun sözlərinə görə, xəstə hələ də süni tənəffüs aparatına qoşulu vəziyyətdədir və müalicəsi davam etdirilir:
“Süni tənəffüs aparatına qoşulub. Həkimlərin dediyinə görə, səhhətində müəyyən irəliləyiş müşahidə olunur. Lakin evə buraxılması və ya palataya köçürülməsi ilə bağlı heç bir söhbət gedə bilməz”.