Ehtiyata buraxılan mayor faciəvi şəkildə öldü

Ehtiyata buraxılan mayor faciəvi şəkildə öldü
Hadisə 02 İyul 2026 - 11:10

Azərbaycan Ordusunun ehtiyatda olan mayoru, Vətən müharibəsinin iştirakçısı Miryusif Miriyev faciəvi şəkildə vəfat edib.

Zekainfo.az ölkə.az-a istinadən xəbər verir ki, o, Bakıda iş yerində baş verən partlayışda ağır xəsarət alıb və komaya düşüb.

M.Miriyev paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib. Qazi 25 gün komada qaldıqdan sonra iyulun 1-də vəfat edib.

Mərhum anadan olduğu Salyan rayonunun Xalac kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Miriyev Miryusif Miryavər oğlu "Füzulinin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

reklamlar

Digər xəbərlər