Bəzi ərazilərdə işıq olmayacaq

 Bəzi ərazilərdə işıq olmayacaq
Cəmiyyət 08 İyul 2026 - 10:15

İyunun 8-də iki rayonda elektrik enerjisi ilə bağlı məhdudiyyətlər yaşanacaq.

Zekainfo.az xəbər verir ki, təmir işləri səbəbindən yaranacaq fasilələrin qrafiki aşağıdakı kimidir:

- Biləsuvar rayonu: Saat 10:00-dan 12:00-dək Arazbarı, Nərimankənd, Səmədabad və Amankənd kəndlərində işıq olmayacaq.

- Cəlilabad rayonu: Saat 13:00-dan 15:00-dək Günəşli, Sabirabad və Alar kəndlərinə elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.

Təmir-bərpa işləri başa çatdıqdan sonra elektrik təchizatı tam bərpa ediləcək.

reklamlar

Digər xəbərlər