Fələstinin Baş naziri Zəfər parkını ziyarət etdi - FOTOLAR

Fələstinin Baş naziri Zəfər parkını ziyarət etdi - FOTOLAR
Siyasət 16 İyul 2026 - 11:29

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Bakıda Zəfər parkını ziyarət edib.

Zekainfo.az xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fələstin Dövlətinin Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.

Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

reklamlar

Digər xəbərlər