İdman
11:40, Bugün
“Neftçi” bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində mübarizəyə start verəcək.
Zekainfo.az xəbər verir ki, “ağ-qaralar” ilk oyunda doğma meydanda Belarusun “Dinamo” (Minsk) klubunu qəbul edəcək.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Neftçi” “Dinamo” səddini keçəcəyi təqdirdə, III təsnifat mərhələsində Serbiyanın “Jelezniçar” və Portuqaliyanın “Braqa” komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
20:00. “Neftçi” – “Dinamo” (Minsk, Belarus).
Hakim: Konstantinos Fellas (Kipr).
Bakı, “Palms Sports Arena”.