Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülerin gələcəyi ilə bağlı yeni transfer iddiaları ortaya çıxıb.
Zekainfo.az xəbər verir ki, ispaniyalı jurnalist İnyaki Anqulonun məlumatına görə, "Real"ın heyətini gücləndirməsi bəzi futbolçuların komandadan ayrılması ehtimalını artırıb.
İddiaya əsasən, Madrid təmsilçisi daha əvvəl "Leyptsiq"də çıxış edən və Fildişi Sahili millisinin heyətində DÇ-2026-da diqqət mərkəzinə düşən 19 yaşlı Yan Diomandeni 100 milyon avroya transfer edib. Bu keçiddən sonra Arda Güler və Endrikin komandadan ayrıla biləcəyi bildirilir.
Qeyd edək ki, Arda Güler 2023-cü ilin yayından "Real"ın formasını geyinir. Türkiyəli futbolçunun klubla müqaviləsi 2029-cu ilin 30 iyun tarixinədək qüvvədədir.
Bununla yanaşı, daha əvvəl klub rəhbərliyinin Arda Gülerlə yeni müqavilə imzalamaq, sözləşmənin müddətini 2031-ci ilə qədər uzatmaq və onun maaşını artırmaq üzərində çalışdığı barədə də xəbərlər yayılmışdı.