Cəmiyyət
13:39, Bugün
Xalq şairi Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşıb.
Zekainfo.az xəbər verir ki, bu barədə Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadə açıqlama verib.
O bildirib ki, atasının vəziyyəti əvvəlcə yaxşılığa doğru getsə də, sonradan qəfil pisləşib.
"Yaxşı idi, düzəlirdi. Sonra birdən-birə ağırlaşdı. Yenidən süni tənəffüs aparatına qoşdular. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər. İnşallah, yaxşı olar", - deyə Nazim Həsənzadə bildirib./oxu.az