Bu gün metroda iş rejimi dəyişdiriləcək

Bu gün metroda iş rejimi dəyişdiriləcək
Cəmiyyət 13 Avqust 2026 - 12:00

"Qarabağ" futbol klubunun UEFA Konfrans Liqası çərçivəsində avqustun 13-də keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Zekainfo.azxəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, oyunla əlaqədar metronun "Gənclik" stansiyasında gücləndirilmiş iş rejimi təşkil ediləcək.

Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq, həmçinin növbətçilik əsasında əlavə köməkçi işçi qüvvəsi ayrılacaq.

Bundan başqa, "Nərimanov" və "28 May" stansiyalarında da müvafiq ehtiyat tədbirləri görüləcək.

reklamlar

Digər xəbərlər