Azərbaycanda zəlzələ oldu - Yenilənib

Azərbaycanda zəlzələ oldu - Yenilənib
Hadisə 14 Avqust 2026 - 21:05

Azərbaycanda zəlzələ olub.

Zekainfo.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat paylaşılır.

Zəzələnin şimal rayonlarında hiss edildiyi bildirilir.

***

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Quba rayonunda zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 20:56-da, 13 km dərinlikdə baş verib. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

***

Fövqəladə Hallar Nazirliyi də zəlzələ ilə bağlı məlumat yayıb.

“Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 14.08.2026-cı il tarixində yerli vaxtla saat 20:56 dəqiqədə Quba rayonu ərazisində 13 km dərinlikdə 4.9 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, - məlumatda deyilir.

reklamlar

Digər xəbərlər