“Təkcə 1 ixtisas seçmişdim” - 700 bal yığan Samir

“Təkcə 1 ixtisas seçmişdim” - 700 bal yığan Samir
Təhsil 24 Avqust 2026 - 23:58

IV ixtisas qrupu üzrə 700 bal toplayan Samir Tağızadə Azərbaycan Tibb Universitetinə qəbul olunub.

Zekainfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,  S.Tağızadə bildirib ki, ATU-nun Tibb (tədris ingilis dilində) ixtisasına daxil olub.

“İxtisas seçimində təkcə 1 ixtisas seçmişdim, ona da qəbul olundum”, - deyə o əlavə edib.

Qeyd edək ki, Samir Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyasının məzunudur. O, həmçinin ötən il İctimai TV-də yayımlanan “Əlaçı” verilişinin qalibi olub.

reklamlar

Digər xəbərlər