ABŞ onların başına 10 milyon dollar mükafat qoydu - Siyahı

ABŞ onların başına 10 milyon dollar mükafat qoydu - Siyahı
Dünya 25 Avqust 2026 - 17:14

ABŞ SEPAH rəhbərləri barədə məlumat üçün 10 milyon dollaradək mükafat vəd edir.

Zekainfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin "Ədalət üçün mükafatlar" proqramının X səhifəsində paylaşılıb.

ABŞ-ın siyahısında beş yüksək vəzifəli şəxs yer alıb: SEPAH komandiri Əhməd Vahidi, "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahının rəhbəri Əli Abdullahi, SEPAH Aerokosmik Qüvvələrinin PUA komandanı Səid Ağacani, SEPAH-ın Kiber-Elektron Komandanlığının rəhbəri Həmidrza Ləşkərian və SEPAH Kəşfiyyat Təşkilatının rəhbəri Məcid Xademi.

reklamlar

Digər xəbərlər