XİN Pakistandakı yanğınla bağlı başsağlığı verdi

XİN Pakistandakı yanğınla bağlı başsağlığı verdi
Siyasət 26 Avqust 2026 - 18:00

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın paytaxtı İslamabadda xəstəxanada baş verən yanğınla bağlı başsağlığı verib.

Zekainfo.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“İslamabadda Pakistan Tibb Elmləri İnstitutunda yenidoğulmuş körpələrin ölümü ilə nəticələnən yanğın xəbəri bizi dərindən kədərləndirdi. 
Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik. Bu dərin kədərli anda qardaş Pakistan hökuməti və xalqı ilə həmrəy olduğumuzu bildiririk”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, sözügedən yanğın hadisəsi zamanı 14 körpə həlak olub.

reklamlar

Digər xəbərlər