Şou biznes
07:29, 03 Sentyabr 2026
Türkiyəli müğənni Seda Sayan reklam layihələrindən əldə edəcəyi yüksək qonorarla gündəmə gəlib.
Zekainfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı 4 fərqli markanın reklamında yer alaraq kamera qarşısına keçəcək.
Bildirilib ki, Seda Sayan hər bir reklam layihəsinə görə 50 milyon lirə qonorar alacaq. Beləliklə, müğənninin 4 reklamdan ümumilikdə 200 milyon lirə, yəni 7 milyon manatdan çox gəlir əldə edəcəyi gözlənilir.