Bulvarın bu hissəsinə giriş-çıxış bağlanır

Bulvarın bu hissəsinə giriş-çıxış bağlanır
Cəmiyyət 22 Sentyabr 2026 - 12:13

Bu gün saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır.

Zekainfo.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu məhdudlaşdırılma “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədardır.

Həmçinin qeyd edilib ki, Milli Parkın Ağ Şəhər bulvarı, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəsi, həmçinin Bayıl bulvarına giriş-çıxış sərbəstdir.

reklamlar

Digər xəbərlər