Tramp İranla münaqişənin nə vaxt bitəcəyini - Açıqladı

Tramp İranla münaqişənin nə vaxt bitəcəyini - Açıqladı
Dünya 06 Oktyabr 2026 - 09:00

ABŞ Prezidenti Donald Tramp İranla yaşanan münaqişənin tezliklə başa çatacağını bəyan edib.

Zekainfo.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

Nebraskada seçicilər qarşısında çıxış edən dövlət başçısı prosesin Konqresə seçkilərə qədər və ya dərhal sonra yekunlaşa biləcəyini istisna etməyib:

“Bütün bunlar bu və ya digər şəkildə çox tez, yaxın zamanlarda başa çatacaq. Bəlkə seçkilərdən bir az əvvəl, bəlkə də bir az sonra”.

Xatırladaq ki, bundan əvvəl Tramp İranla birbaşa danışıqlara hər zaman açıq olduğunu bildirmişdi. O, həmçinin Tehranla bağlı yekun qərar verəcəyini qeyd edərək, məsələnin ya sülh yolu ilə, ya da daha kəskin variantda həll olunacağını vurğulamışdı.

reklamlar

Digər xəbərlər