Vens: İran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır

Vens: İran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır
Dünya 07 Oktyabr 2026 - 09:51

İran ABŞ-la müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə azaltmalıdır.

Zekainfo.az-ın məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Reuters"ə müsahibəsində deyib.

"Əgər nüvə silahı istəmirsinizsə, onda uranı niyə 60 faizə qədər zənginləşdirirsiniz? Əgər nüvə silahı yaratmaqdan imtina etməyə sadiqliyinizi nümayiş etdirmək istəyirsinizsə, yüksək zənginləşdirilmiş yanacaq istehsal etməyin. Bu, münaqişəyə son qoyulması üçün çox mühüm və fundamental məsələdir", - deyə Vens bildirib.

O hesab edir ki, İran nüvə silahı yaratmaqdan imtina etməyə sadiqliyini nümayiş etdirmək üçün uranın zənginləşdirilməsi imkanları ilə bağlı əhəmiyyətli addımlar atmalıdır.

Vensin sözlərinə görə, ABŞ hələ də razılaşma əldə etməyə açıqdır, lakin Vaşinqton İrandan nüvə proqramı ilə bağlı konkret güzəştlər tələb edəcək.

"Biz sözləri əməllə dəyişdirmək niyyətində deyilik", - deyə vitse-prezident bildirib.

Onun sözlərinə görə, vəziyyəti çətinləşdirən məqamlardan biri Vaşinqtonun Tehranda qərarların kim tərəfindən qəbul edildiyinə əmin olmamasıdır. Vens bildirib ki, ABŞ İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparır. Lakin onların İranın hakimiyyət strukturlarında nə dərəcədə böyük təsirə malik olduğu aydın deyil.

"Diqqət yetirdiyimiz məsələlərdən biri də ölkələrində qərarların necə qəbul edildiyinin tam aydın olmamasıdır", - deyə Vens qeyd edib.

reklamlar

Digər xəbərlər