Bakıda pirotexniki vasitələr aşkar edildi

Bakıda pirotexniki vasitələr aşkar edildi
Hadisə 23 Noyabr 2026 - 12:14

Pirotexniki vasitələr aşkar edilib

Zekainfo.az xəbər verir ki bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərinin Xəzər rayonu ərazisində həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik nəqliyyat vasitəsinə baxış keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsində 5 adda 1624 ədəd müxtəlif növ pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

reklamlar

Digər xəbərlər