Vəba epidemiyası: Bu, Rusiyanın sonunu gətirə bilər

Vəba epidemiyası: Bu, Rusiyanın sonunu gətirə bilər
Dünya 07 Oktyabr 2026 - 10:20

Sibir vəba tədqiqat institutunda çalışan bir işçinin ölümündən sonra vəba epidemiyası ilə bağlı narahatlıqlar, iqtisadi böhran və Ukraynada uzunmüddətli müharibə Rusiya Prezidenti Vladimir Putin üçün yaxşı bir şey vəd etmir.

Zekainfo.az xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin təqaüddə olan zabiti Den Qoffman “Foks Nyus”a deyib.

O qeyd edib ki, Putin illərdir hakimiyyəti əlində saxlayır və laboratoriyada baş verən tək bir ölüm rejim üçün heç bir təhlükə yaratmasa da, gizli bioloji hadisələr 1986-cı il Çernobıl nüvə fəlakəti və ya Sovet-Əfqan müharibəsi kimi Moskva üçün sistemli uğursuzluqlar siyahısına əlavə olunur:

"Uzunmüddətli strateji sual ondan ibarətdir ki, bu, Vladimir Putinə və onun Kremldəki hakimiyyətinə təsir edəcəkmi? Xalq “Bu, bizim üçün deyil. Ukraynada müharibəni istəmirik. Bu, daha bir problemdir” deyib, anlayacaqmı? SSRİ-nin dağılmasının səbəbi Çernobıl deyildi, lakin amillərdən biri idi. Bu, iqtisadiyyatın çöküşü idimi? Bu yöndə də problemlər var idi. Əfqanıstanda uğursuz müharibə? Ukraynada da müharibə çox da yaxşı görünmür. Ona görə də bütün bunlar Putinin üzərinə düşür”.

reklamlar

Digər xəbərlər