“Hörmüzdən neft daşımaları müharibədən əvvəlki səviyyəni keçib”

“Hörmüzdən neft daşımaları müharibədən əvvəlki səviyyəni keçib”
Dünya 07 Oktyabr 2026 - 10:41

“Hörmüz boğazından inanılmaz miqdarda neft daşınır”.

Zekainfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdən Baltimorda keçiriləcək tədbirə yollanarkən jurnalistlərə açıqlamasında deyib.

Tramp son günlər Hörmüz boğazından “inanılmaz” miqdarda neft daşındığını və neft qiymətlərinin yaxın vaxtlarda düşəcəyini gözlədiyini bildirib.

O, İran iqtisadiyyatının “çox pis” vəziyyətdə olduğunu söyləyib. Tramp İranın neft naziri Möhsün Paknejadın ölkədəki vəziyyətin yaxşı olmadığını əsas gətirərək istefa verdiyini dilə gətirib.

Hörmüz boğazından neft daşınmasına toxunan Tramp boğazın açıq olduğunu deyib.

“Son bir neçə gündə inanılmaz miqdarda, milyonlarla barel neft daşınıb. Biz müharibədən əvvəlki səviyyələrə çatan və ya hətta onu aşan səviyyələrdə daşımalar həyata keçiririk”, - Tramp bildirib.

reklamlar

Digər xəbərlər