Dəyərli sənətkarımız, xanəndə Zabit Nəbizadənin muğam dərsindən bir an.
Tarda Xalq artisti Firuz Əliyevin oğlu Əli Əliyevin müşayiəti, Rast muğamını ifa edən isə tanınmış tarzən Altay Niftəliyevin oğlu, Azərbaycan Milli Konservatoriyasının I kurs tələbəsi, vokal sənəti – xanəndəlik ixtisası üzrə təhsil alan istedadlı gənc Ayhan Niftəliyevdir.
Bu ifada yalnız bir muğam dərsinin deyil, ustad sənət ənənəsinin gənc nəslə ötürülən canlı nəfəsinin şahidi oluruq. Sənətkar ailələrində formalaşan musiqi sevgisi, ustad məktəbinin zəngin təcrübəsi ilə birləşərək milli musiqimizin gələcəyinə yeni səslər qazandırır.
Ustadın sənət təcrübəsi, tələbələrin ifası və muğamın canlı nəfəsi bir arada... Belə dərslər milli musiqi sənətimizin gələcəyinə atılan dəyərli addımlardır.
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru