Kral III Çarlz barabanlarda ifa etdi

Kral III Çarlz barabanlarda ifa etdi
Dünya 16 Oktyabr 2026 - 20:01

Böyük Britaniya kralı III Çarlz Sent-Ceyms sarayında təşkil olunan qəbul zamanı polad barabanlarda ifa edib.

Zekainfo.az xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb.

Bu tədbirdə Millətlər Birliyi Hökumət Başçılarının Görüşünə (CHOGM) qədərki geri sayımın başlanğıcını qeyd edilib.

Sent-Ceyms sarayındakı qəbul bu ilin noyabr ayında Antiqua və Barbudada keçirilməsi planlaşdırılan CHOGM sammiti ərəfəsində təşkil olunub.

Kral III Çarlz və Kraliça Kamilla təxminən 300 qonağı qəbul ediblər. Qonaqlar arasında Millətlər Birliyinin Baş katibi Patrisiya Skotland və “Doctor Who” televiziya serialında “Beşinci doktor” rolu ilə tanınan aktyor Piter Devison da olub.

reklamlar

Digər xəbərlər