Çimnaz Sultanovanın əsl ölüm səbəbi bu imiş

Çimnaz Sultanovanın əsl ölüm səbəbi bu imiş
Şou biznes 02 Noyabr 2026 - 10:12

Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub.

Zekainfo.az xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib.

Samirə Bağırova bildirib ki, Çimnaz Sultanovanın plastik-estetik əməliyyatlara meyli olub və onun fikrincə, aktrisa bu prosedurların qurbanına çevrilib.

"Onun estetik-plastik əməliyyatlardan asılılığı var idi. Bu prosedurların qurbanına çevrildi. Eşitdiyimə görə, belə müdaxilələri sıx-sıx etdirməyə başlamışdı. Dərisində xərçəng xəstəliyi yaranmışdı", - deyə psixoloq bildirib.

Bu açıqlama sosial şəbəkələrdə müzakirələrə yol açıb.

reklamlar

Digər xəbərlər