Zəfər ordenli general-polkovnik Əli Nağıyevə doğum günü təbriki

Zəfər ordenli general-polkovnik Əli Nağıyevə doğum günü təbriki
Gündəm 11 Noyabr 2026 - 17:12
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Zəfər ordenli, general-polkovnik Əli Nağıyevi doğum günü münasibətilə “Zəka İşığında Milli Dəyərlərin Təbliğinə Dəstək” İctimai Birliyinin kollektivi və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Dövlətə sədaqət, Vətənə xidmət və milli maraqların qorunması böyük məsuliyyət, prinsipiallıq və möhkəm iradə tələb edən şərəfli bir missiyadır. Bu əlamətdar gündə Əli müəllimə dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqımızın təhlükəsizliyinin təmin olunması naminə həyata keçirdiyi məsuliyyətli fəaliyyətində yeni uğurlar, sarsılmaz əzm və tükənməz güc arzulayıram.

Arzu edirəm ki, ömrünün hər yeni ili ona sağlamlıq, mənəvi rahatlıq, ailə səadəti və könül xoşluğu gətirsin. Qazandığı hörmət, gördüyü işlər və Vətənə xidmət yolunda atdığı addımlar daim qürur və məmnunluq mənbəyi olsun.

İnsan ömrünün əsl dəyəri yalnız yaşanan illərlə deyil, qazandığı hörmət, geridə qoyduğu xeyirxah izlər və qoruyub saxladığı mənəvi bağlarla ölçülür. Bacısı ilə birgə çəkilmiş bu fotoda əks olunan səmimi an isə həyatın ən qiymətli dəyərlərindən olan doğmalığı, ailə bağlarını və sevginin insan ömründəki əvəzsiz yerini bir daha xatırladır.

Hörmətli Əli müəllim, Sizə möhkəm cansağlığı, uzun və bərəkətli ömür, doğmalarınızın əhatəsində xoşbəxt günlər, ailə səadəti və dövlətimizə, xalqımıza xidmət yolunda davamlı nailiyyətlər arzulayıram.

Doğum gününüz mübarək olsun, cənab General!

Hörmətlə,
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru
reklamlar

Digər xəbərlər