Dünya
11:35, Bugün
Gürcüstan noyabrın 16-da Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) genişlənmə məsələlərinə dair sammitdə iştirak etməyəcək.
Zekinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rəsmi Tiflis tədbirdə yalnız ölkənin Aİ-dəki səfiri səviyyəsində təmsil olunmağa dəvət edildiyi üçün sammitdə iştirakdan imtina edib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, Gürcüstan noyabrın 16-da Brüsseldə keçiriləcək tədbirdə, eləcə də koordinasiya məsələlərinə dair nazirlər sammitində iştirak etmək üçün müvafiq səviyyədə dəvət almayıb.
Bu səbəbdən Gürcüstan nümayəndəsi sözügedən görüşə qatılmayacaq.