“Bayer 04 Leverkusen” Xabi Alonsonun yerinə baş məşqçi axtarır

“Bayer 04 Leverkusen” Xabi Alonsonun yerinə baş məşqçi axtarır
İdman 06 Mart 2024 - 17:00

UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ” futbol komandasının rəqibi olacaq “Bayer”in  (Leverkuzen) rəhbərliyi ispaniyalı Xabi Alonsonu əvəz edə biləcək yeni baş məşqçi axtarışlarına başlayıb.

Zekainfo.az "Bild"ə istinadən xəbər verir ki, klub Alonsonun bu mövsümün sonunda “Bayer”i tərk etmək qərarına gəlməsinə hazırdır, ona görə də onlar artıq 10-dan çox adamdan ibarət qısa siyahı hazırlayıblar.

Hazırda klub “Real Madrid”in əvəzedici komandası ilə işləyən Raul və “Ştutqart”a başçılıq edən Sebastyan Hönes ilə maraqlanır. Eyni zamanda, “Bayer”in rəhbərliyi Alonsonun ən azı daha bir mövsüm klubda qalacağına əmindir.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.


reklamlar

Digər xəbərlər