NATO Ermənistan ordusu üçün təlim keçdi

NATO Ermənistan ordusu üçün təlim keçdi
Dünya 22 May 2024 - 13:51

Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Akademiyasında NATO-nun əməliyyatların planlaşdırılması üzrə ekspertləri təlim keçirib.

Zekainfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, təlimdə Ermənistan Silahlı Qüvvələrinin müxtəlif bölmələrinin hərbçilərinin iştirak etdiyi bildirilib.

Sözügedən təlimlər mayın 13-dən 17-dək davam edib.

Qeyd olunub ki, iştirakçılar həm əməliyyat, həm də digər funksional səviyyələrdə müxtəlif mərhələlərdə əməliyyatların planlaşdırılması prosesi ilə tanış olublar.

reklamlar

Digər xəbərlər