“Növbəti pandemiya mütləq olacaq” - Hande Harmançı

“Növbəti pandemiya mütləq olacaq”  - Hande Harmançı
Xəbər 24 May 2024 - 13:23

 “Növbəti pandemiya mütləq olacaq”.

Zekainfo.az xəbər verir ki. bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ofisinin rəhbəri Hande Harmancı APA-ya müsahibəsində deyib.

“2021-ci ilin dekabrında ÜST-ün Üzv Dövlətləri Cenevrədə görüşdü, görüş əsnasında pandemiyaya hazırlıq və cavab tədbirləri üzrə beynəlxalq sazişin hazırlanması barədə razılığa gəldilər. Son tarix 2024-cü ilin may ayıdır və ÜST direktoru bildirmişdi ki, ölkələrin hələ konsensusa gəlmədiyi məsələlər var. Bu məsələlərlə bağlı hansı ölkələr razılaşa bilmir” sualına cavab verən H.Harmancı qeyd edib ki, bu, tamamilə, dövlətlərin öz arasında apardığı müzakirələrdir.  Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı müşahidəçi olaraq prosesləri izləyir:

“Amma müdaxilə etmirik. 2021-ci ildən bəri bu dövlətlər yeni bir pandemiya sazişi üçün çalışırlar. May ayında 77-ci Ümumdünya Səhiyyə Assambleyasında artıq bu mövzunun anlaşma ilə yekunlaşacağına ümid edirik. Təbii ki, konkret bir söz demək mümkün deyil. Bunu Assambleyanın gedişində görə biləcəyik”.

H.Harmançı bildirib ki, burada çox vacib bir neçə məqsədi vurğulamaq lazımdır:

“Birincisi, növbəti pandemiyaya daha yaxşı hazırlaşa bilmək məsələsidir. “Növbəti pandemiya nə vaxt baş verəcək?” - deyə soruşa bilərsiniz. Cavab: Mütləq olacaq. Bu COVID də ola bilər, influenza da, başqa bir xəstəlik də... Tarixə baxsaq, hər 10 və ya 40 ildən bir mütləq pandemiya olur. Bunların bəziləri daha ağır olur - COVID kimi. Bəziləri daha yüngül keçir, məsələn, influenza kimi. Bəlkə, çoxları xatırlamır, 2009-cu ildə influenza pandemiyası olub: H1-N1. O da bir pandemiya idi. Amma bu qədər ağır keçmədi. Yəni növbəti pandemiya ehtimalına qarşı səhiyyə işçilərinin hazırlıqlı olması çox mühüm məsələdir”.

reklamlar

Digər xəbərlər