İran XİN: Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini bərpa edəcək - Bu tarixdə

İran XİN: Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini bərpa edəcək - Bu tarixdə
Siyasət 09 İyul 2024 - 18:00

Azərbaycanın İrandakı səfirliyi 15-20 gün ərzində fəaliyyətini bərpa edəcək.

Zekainfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) Avrasiya Baş İdarəsinin rəhbəri Müctəba Dəmirçilu bildirib.

"Azərbaycanın Tehrandakı səfirliyinin yaxın 15-20 gün ərzində fəaliyyətini bərpa edəcəyi gözlənilir", - o vurğulayıb.

Onun sözlərinə görə, rəsmi Tehran hələ ki, İranın Azərbaycana yeni səfirini təyin etməyib.

XİN rəsmisi əlavə edib ki, səfirin təyinatına İranda yeni hökumət formalaşandan sonra baxılacaq./report

reklamlar

Digər xəbərlər