Özbəkistan, Kolumbiya və Cənubi Koreya üçün ilk
qələbələr!
Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər
arasında cüdo üzrə dünya çempionatında üç inanılmaz gündən sonra bu şənbə günü
ağır çəki dərəcələrinin vaxtı gəldi!
Çempionatın dördüncü gününə Beynəlxalq Cüdo
Federasiyasının baş direktoru Vlad Marinesku və Tacikistan Cüdo Federasiyasının
prezidenti İsmoil Mahmadzoir rəsmi olaraq start veriblər.
Tacikistanın ən böyük cüdo ulduzlarının iştirak etdiyi
möhtəşəm mərasimdə izdiham Tacikistan Prezidenti Emoməli Rəhmonun doğum gününü
qeyd edib.
-78 kq çəki dərəcəsində kolumbiyalı Brenda Olaya alman
rəqibi Mathilda Sofi Niemeyerə qalib gələrək ölkəsinin yeniyetmələr arasında
ilk dünya çempionu oldu!
"Çox xoşbəxtəm. Bunun üçün çox çalışdım və bu,
mənim son ilimdir. Kolumbiyanı təmsil etdiyim üçün çox qürur duyuram. Mən
ölkəmi sevirəm, insanlar çox mehribandır, çox səxavətlidir. Tacikistana isə
təşəkkür edirəm. ”, - deyə çempion qələbəsindən sonra bildirib.
Çempionlara medalları Düşənbə şəhərinin meri Rüstəm
Emomali təqdim edib.
/Zekainfo.az