COP29-un doqquzuncu günü daşınan sərnişinlərin sayı açıqlandı

COP29-un doqquzuncu günü daşınan sərnişinlərin sayı açıqlandı
Cəmiyət 20 Noyabr 2024 - 16:25

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı tədbir üçün xüsusi təşkil olunmuş avtobuslarla daşmalar üzrə göstəricilər açıqlanıb.

Bu barədə Zekainfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınması COP29 Azərbaycan Əməliyyat Şirkəti, DİN və AYNA tərəfindən birgə təmin edilir.  

Qeyd olunub ki, bu məqsədlə təşkil edilmiş 18 nəqliyyat mübadilə mərkəzindən ötən gün 45570 sərnişin daşınıb. Sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.

"COP29-un keçirildiyi 9 gün ərzində daşımalar beynəlxalq meyarlara uyğun ən yüksək səviyyədə təşkil edilib və ümumilikdə 378 minə yaxın sərnişinə xidmət göstərilib",- deyə agentlikdən bildirilib.

reklamlar

Digər xəbərlər