Cəmiyət
11:28, Bugün
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayonunun 37 nömrəli tam orta məktəbində silsilə keçirilən kreativ tədbirlər davam edir.
7 noyabr 2024-cü il tarixində də “Zəka işığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin dəstəyi ilə reallaşdırılan tədbirlər tədrisdənkənar təhsil formatı kimi şagirdlər, valideynlər və müəllimlər tərəfindən maraqla qarşılandı. Zəfər və Bayraq günlərinin kreativ formada qarşılanması vacibdir ki, şagirdlərə vətənsevərlik təqlid olunsun.
Gənclər siyasətinə önəm verən “Zəka işığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi yeni nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında dövlətin siyasətini, proqramlarını dəstəkləyir və onların həyata keçirilməsində fəal iştirak edir.
Birliyin sədri və məktəbin psixoloqu kimi məktəb şagirlərinin iştirakı ilə hazırlanan 8 noyabr "Zəfər" gününə həsr edilmiş növbəti ədəbi-bədii, vətənpərvərlik aksiyası məktəblilərin milli-mənəvi dəyərlər ruhunda yetişməsinə xidmət edirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı və həm Birinci Qarabağ, həm də 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlıgı ugrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad etməklə başlandı.
Şagirdər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarına, müzəffər ordumuza, səhidlərimizə, qazi və qəhrəmanlarımıza aid şerlər səsləndirdilər. Çıxış edən pedaqoqlar isə yeni nəslin Zəfər şahidləri olduğunu fəxrlə söylədilər.
Şagirdlər vətənpərvərlik missiyası daşıyan musiqilərin sədası altında rəqslər edib, Zəfər sevinci ilə tədbiri başa vurdular.
Xatırlatmaq yerinə düşər ki, bizimlə yanaşı, bu tədbirin təşkilatçısı, məktəbin 6b sinifinin sinif rəhbəri, fəal və ictimaiyyətçi pedaqoq İlhamə Əliyeva idi.
İbtidai siniflərdən 3ç sinifinin rəhbəri Günel Heydərova, 2ç sinifinin rəhbəri Alıyeva Təranə və 4a sinifinin rəhbəri Aysel Səmədova da şagirdləri bayram sevinci ilə əyləndirməyi məharətlə bacardılar.
Bir daha vurğulamaq istəyirəm ki, Zəfərimizin və böyük Qələbəmizin memarı, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində xalqımıza Zəfər bəxş edən hərbiçilərimizin qəhrəmanlıqları hər zaman gənc nəsilin arasında təbliğ olunmalıdır və biz də buna çalışırıq.
“Zəfər” və “Azərbaycan Bayrağı Günü” kimi əzəmətli bayramlar ərəfəsində məktəblilərin iştirakı ilə təşkil olunan belə silsilə tədbirlər də məhz bu vacibdən-vacib, müqəddəs misiyaya xidmət edir. İctimai Birliyimizin fəaliyyəti də məhz daha geniş auditoriyada bu istiqamətdə təbliğat aparmaqla gənclərimizin milli-mənəvi dəyərlərə önəm verməkdən ibarətdir.
Orta təhsil müəssisəsinin rəhbərliyi tərəfindən dəstəklənən, Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbində reallaşdırılan tədbir və layihələrin əsas məqsədi, şagirdlərdə yüksək intellektual-estetik idrak formalaşdırmaq, təlim və təhsilə marağı gücləndirmək, eyni zamanda, əlamətdar günlər ərəfəsində yeni nəsil nümayəndələrində dövlətçiliyimizə, qəhrəmanlıq tariximizə sayğını daha da artırmaq, onları layiqli, yüksəkruhlu, dəyərlərimizə önəm verən əsl vətəndaş kimi formalaşmasına yardım etməkdir.
Onu da xatırladaq ki, İctimai Birliyin dəstəyi ilə yaradılan http://www.zekainfo.az saytı təhsil, milli-mənəvi dəyərlər, yeni nəslin formalaşması məsələlərinə xüsusi önəm verir. Sayt yeni nəsil kreativ intellektuallarını öz ətrafında birləşdirməklə, onların potensialının üzə çıxarılmasında daim dəstək verir.