Prezident bu postu ləğv etdi - FƏRMAN

Prezident bu postu ləğv etdi - FƏRMAN
Gündəm 25 Oktyabr 2024 - 17:00

Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamədə dəyişiklik edilib.

Zekaino.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin birinci müavini postu ləğv edilib.

Bundan sonra Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin Azərbaycan Respublikasının Prezidenti Tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan üç müavini olacaq.

reklamlar

Digər xəbərlər