Milli-mədəni dəyərlərimiz əldən gedir...

Milli-mədəni dəyərlərimiz əldən gedir...
Cəmiyət 15 Noyabr 2024 - 19:07
Bəs əlaqədar dövlət qurumları hara baxır?!
Zekainfo.az analitik-sosial informasiya saytı xəbər verir ki, bu barədə "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, tədqiqatçı-jurnalist Cəmilə Çiçək İsbəndiyarova son illər aşırı problemə çevrilən aktual məsələni geniş ictimaiyyətin diqqətinə catdırıb.
Cəmilə ÇİÇƏK İsbəndiyarova media üçün açıqlamasında aşağıdakı problemin həllinin vacibliyini vurğulayıb.
Əlaqədar dövlət qurumları hara baxır, görəsən?!
Belə ki, Azərbaycanda, xüsusən də paytaxt Bakı və böyük şəhərlərdəki iri mağazaya, super və hiper marketə, yaxud paltar dükanına baş çəkən zaman, əksəriyyətində xarici musiqilər səsləndirilir.
Sanki oralarda əcnəbi müğənnilərin ifasında konsert təşkil olunur.
Milli mədəniyyətimizə yad olan bu cür mahnılarin səsləndirilməsinin mənası nədir?! Onlarda da, bizim xalq mahnılarımız, milli bəstəkarlıq məktəbinin nümunələri, muğamlarımız, ən yaxşı halda, pop musiqimiz səsləndirilə bilməzmi?!
Axı musiqi ruhun laylasidir, gənc nəslin könlünü yad avazlara niyə kökləyək?!
Görəsən, Avropadaki bənzər xidmət sahələrində də bizim milli musiqilərimiz səsləndirilir?!
Maraqlısı odur ki, bu sahəyə cavabdeh olan rəsmi qurum da sanki yoxdur.
Bu məsələyə Azərbaycan Respublikasi Mədəniyyət Nazirliyinin aidiyyəti orqanlarınin rəsmiləri, yaxud Bakı Şəhər İcra Hakimiyyətinin hansısa qurumu cavabdehdir ki, ictimai fəallar, yaxud biz ziyalılar onlara sözümüzü deyək, şikayətimizi edək.
"Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin
Mətbuat xidməti
reklamlar

Digər xəbərlər