Cəmiyət
11:28, Bugün
Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbində bu ilin oktyabr ayında “Bullinq” mövzusunda ilk tədbir təşkil olunub.
Tədbirdə, eyni zamanda, şagirdlər arasında psixoloji test aparılıb. Xa sinfində sinif əlaçılarından Məmmədova Şəbnəm, Mustafayev Rəvan və digərləri son illər əksər ölkələrdəki təhsil müəssisələrində müşahidə olunan ciddi problem - təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olması məslələrini qabardıblar.
Şagirdlər gec-tez bullinqlə rastlaşırlar: onlar həm onlayn, həm də reallıqda bu halın qurbanı, yaxud da incidilən şəxs, bir sözlə, şahid kimi şəxsiyyətinə dağıdıcı təsir göstərən bu problemə qarşı birgə mübarizənin vacibliyini xatırladıblar. Onların da qeyd etdikləri Bullinq yalnız qəzəb və alçaldıcı hərəkət deyil, həm də qurbanını qorxu və stress vəziyyətində saxlayan təkrar tendensiyalara malikdir.
Oxşar keyfiyyəti bullinq həm də baş verən aqressiv hadisələrin şahidləri olanlara qarşı da göstərir. Əgər uşaqlar dalaşıblarsa və ya hətta kiməsə qarşı layiqsiz sözlər işlədiblərsə, bir dəfə “öz komandası”ndan kimisə çıxardırlarsa, bu hadisə bullinq kimi təsnif edilmir.
Mən məktəbin psixoloqu olaraq hesab edirəm ki, əgər uşaq kollektivində cəzasız zorakılıq mədəniyyəti formalaşırsa, bu, onlarda başqalarına alçaldılmasının mümkünlüyü hissini yarada bilər. Bullinqin qurbanları təhsildən yayına, uşaqlıq dövründə yaşanmış əzablar isə onun yaşlı həyatına da ziyan vura bilər.
Bullinqin qurbanları olmuş şagirdlər böyüdükdən və yaşa dolduqdan sonra daha çox xəstələnir və psixoloji problemlər yaşayırlar ki, nəticələr daha da dağıdıcı ola bilər...
Xatırladaq ki, Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbində belə tədbirlər davamlı olaraq həyata keçirilir.
Cəmilə ÇİÇƏK