Hadisə
17:19, Bugün
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
AZAL-dan Zekainfo.az-a bildirilib ki, İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
***
Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Aktauda qəza enişi edərək yerə çırpılıb.
Zekainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki. təyyarədə 67 nəfər olub.